Apr 10, 2020 12:17 Asia/Baku
  • COVID-19-dan 100 italyan həkim ölüb
    COVID-19-dan 100 italyan həkim ölüb

Say baxımından dünyada ən çox koronavirus qurbanına malik olan İtaliya bu yolda 100 həkimi də itiribdir.

İtaliya mediaları dünən bildiriblər ki, bu ölkədə azı yüz həkim koronavirusa yoluxma səbəbindən həyatını itiribdir.

İtaliyanın baş naziri Cüzeppe Konte çərşənbə günü dedi ki, onun hökuməti koronavirusun belə bir sürətlə yayılacağını fikirləşmirdi.

İtaliyanın baş naziri sonra deyib: Bizim müalicə sistemimiz bu cür fövqəladə şəraitlə üzləşməyə hazır deyil və bu şəraitə uyğunlaşmaq üçün təkcə bir neçə həftə vaxtımız var idi.

İtaliyada ticarət birliklərinin iki rəsmisi dünən gecə bu ölkə nazirlərilə iclasa işarə edib. Onlar bildiriblər ki, hökumət koronavirusla mübarizə ilə bağlı məhdudiyyətləri mayın üçünədək uzatmağı planlaşdırır.

COVID-19 100 İTALYAN HƏKİMİ ÖLDÜRÜB

 

Teqlər

Şərhlər