May 03, 2020 06:30 Asia/Baku
  • YAP rəsmisi nazirlərin də hədəfdə olduğuna eyham vurdu

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov icra başçılarının ardınca bəzi nazirlər və komitə sədrlərinin də həbs olunmasının anonsunu verdi.

S. Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı siyasətlərə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır. Ona görə də proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq." 

Qeyd edək ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan sərt mübarizənin bəzi mərkəzi icra orqanlarını da əhatə edəcəyini dünən prezident İlham Əliyev açıqlayıb.

YAP RƏSMİSİ NAZİRLƏRİN DƏ HƏDƏFDƏ OLDUĞUNA EYHAM VURDU

Teqlər

Şərhlər