Düşmənə daha ağır məğlubiyyətlərin acısını yaşadacağıq
https://azeri.sahartv.ir/news/İran-i423196-düşmənə_daha_ağır_məğlubiyyətlərin_acısını_yaşadacağıq
İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahı “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə yaydıqları bəyanatda Silahlı Qüvvələrin hazırlığını və düşmənlər qarşısında möhkəm dayanacaqlarını vurğulayıblar.
(last modified 2026-09-21T12:01:33+00:00 )
Sen 21, 2026 15:57 Asia/Baku
  •  Düşmənə daha ağır məğlubiyyətlərin acısını yaşadacağıq

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahı “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə yaydıqları bəyanatda Silahlı Qüvvələrin hazırlığını və düşmənlər qarşısında möhkəm dayanacaqlarını vurğulayıblar.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatda deyilir: “Ölkə səkkizillik “Müqəddəs Müdafiə” dövrünün dəyərli təcrübələrdən yararlanaraq “güclü İran”ın formalaşması istiqamətində irəliləyir. ABŞ və sionist rejim məcburi şəkildə tətbiq esilmiş “12 günlük müharibə” və “Ramazan müharibəsi” zamanı İran xalqı və onun silahlı qüvvələrdəki şücaətli övladları qarşısında baş əyməyə və diz çökməyə məcbur oldular.Bəyanatda vurğulanıb ki, İran Silahlı Qüvvələri təhlükəsizlik tənliklərini İslam ümmətinin və İran xalqının xeyrinə dəyişiblər. Bunun bariz nümunələri, Hörmüz boğazının İranın müəyyən etdiyi qaydalar əsasında idarə edilməsi, terrorçu ABŞ ordusunun saxta əzəmətinin darmadağın edilməsi və sionist rejim ordusunun zəifləməsidir. Bəyanatın davamında bildirilib: “İran Silahlı Qüvvələri düşmən qarşısında geri çəkilməyəcək, təcavüzkarlara, İran xalqının bədxahlarına, xüsusilə amerikan-sionist düşmənlərinə və onların müttəfiqlərinə daha ağır məğlubiyyətlərin acısını yaşadacaqlar.