Okt 25, 2020 19:03 Asia/Baku
  • Bəşəriyyət aləminin xilaskarınn imamətinin başlanmasını təbrik edirik!

Sabah, rəbiuləvvəllin 9-u, İmam Zaman(əc)-in imamətinin başlandığı gündür.

SəhərAzəri bildirir ki, Həzrət Mehdi(əc) möhtərəm atası İmam Həsən Əskəri(ə)-ın şəhadətindən və o həzrətin cənazəsinə namazın qıınmasından sonra Allah-Taalanın izni ilə nəzərlərdən pünhan oldu.

Həzrət Mehdi(əc)-in qısa qeybolma- «qeybəte suğra» dövrü 260-cı hicri qəməri ilindən başlanıb.

Həzrət Mehdi(əc) həmin dövrdə özünün xas naibləri vasitəsilə xalq ilə əlaqədə olurdu. Nəhayət 329-cu hicri qəməri ilində daha birbaşa nümayəndə təqdim etmədi və o həzrətin uzunmüddətli qeybolma dövrü başlandı.

Həzrət Mehdi(əc)-in qeyb olmasının dəlilləri rəvayətlərə görə, o həzrətə qarşı sui-qəsd ehtimalı, o həzrətin öhdəsində beyətin olmaması və şiələrin sıanqdan keçirilmələri olduğu bildirilibdir.

Bütün ilahi dinlər bəşəriyyətin gələcəyini aydın, ədalətin yayılması və bəşəriyyət aləminin xilaskarının zühur etməsi ilə yanaşı hesab edirlər.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı bəşəriyyət aləminin xilaskarının imamətinin başlanması münasibətilə dünyanın bütün azadlıqsevərlərini təbrik edir.

Teqlər

Şərhlər