May 28, 2015 22:29 Asia/Baku
  • Velosiped Turu-Təbriz
    Velosiped Turu-Təbriz

Qazaxıstandan Aleksandr Şoşe Moyer Beynəlxalq Azərbaycan turu yarışlarının 1-ci mərhələsinin qalibi olub.

Beynəlxalq Azərbaycan Velosiped Turunun icra direktoru bildirib: Bu gün səhər Təbrizdən Meşkinşəhrə qədər 163 kilometr məsafədə keçirilən Beynəlxalq Azərbaycan Velosiped turunun ilk mərhələsində qazaxıstanlı velosipedçi 3 saat 27 dəqiqə 25 saniyə ilə 1-ci yeri tutub.
Əsbəqian deyib: bu mərhələdə Təbrizin Petroşimi klubunun idmançısı Mirsəməd Seyyidi 3 saat 28 dəqiqə 5 saniyə ilə 2-ci və Yəzdin Pişqaman Kəvir komandasının idmançısı Hüseyn Əsgəri yüzdə neçə saniyə gecikməklə 3-cü yeri tutub.
Əsbəqian əlavə edib: Bu yarışın 2-ci turu sabah saat 10:00-da Səreyndən Təbriz istiqamətində başlanacaq. 30-cü Beynəlxalq Azərbaycan Velosiped Turu "Azərbaycan şəhid sərvərləri karvanı" adı altında 13 xarici və 5 iranlı komandanın iştirakı ilə bu gündən etibarən 5 gün müddətinə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində keçirilir.

Teqlər

Şərhlər