Jun 01, 2015 19:30 Asia/Baku
  • Şah İsmayıla hörmətsizliyə etiraz
    Şah İsmayıla hörmətsizliyə etiraz

İranda müxtəlif dini qruplar Şah İsmayıl Səfəvinin adı və şəkli ilə Azərbaycan Respublikasında spirtli içkilərin istehsalına etiraz əlaməti olaraq bəyanat veriblər.

Bu bəyanatda bildirilir: Şübhəsiz hazırkı islam və şiə sivilizasiyasının çiçəklənməsi Səfəvi sərkərdələri, xüsusilə də I Şah İsmayılın əvəzsiz və yadda qalan uzaqgörənliyinə borcludur. Belə ki, Ələvi hökumətinin təşkili və Hüseynin (ə) zülmə qarşı qiyamından ilham alaraq Əhli-Beyt (ə) bayrağının dalğalanmasında qəhrəmanlıqlar yaratmışlar və dünya şiələri, xüsusilə də Azərbaycan xalqı onlarla həmişə fəxr etmiş və edəcəkdir.
Bu bəyanatın davamında Azərbaycan hökumətinin müsəlman xalqın tarixi əsasları, din və mədəniyyətinə etinasızlığı ilə belə hörmətsizlik hərəkətlərlə nəticələnən səhlənkarlığı tənqid atəşinə tutularaq Azərbaycan Respublikası rəsmilərindən istənilib ki, beynəlxalq ictimaiyyətin tamahkarlıqları qarşısında öz dini, mədəni və tarixi varlıqlarını məhv etməsinlər.
Bəyanatın davamında vurğulanır ki, Azərbaycan Respublikasının konstitusiyası da belə hörmətsizliyə dözmür və belə aşkar hörmətsizlik Azərbaycan Respublikasının konstitusiyasında dinlər və məzhəblərə hörmət prinsipləri ilə uzlaşmır.
Qeyd etmək lazımdır ki, Vəliyyi Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi və eyniadlı şəhərin imam cüməsi Seyid Həsən Amili ötən həftə Azərbaycan Respublikasında şiə tarixinin təsiredici şəxsiyyəti və Əhli-Beyt (ə) maarifinə əsaslanan böyük İranın banisi yəni Şah İsmayıl Səfəviyə hörmətsizliyi kəskin şəkildə pisləyib.
Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində Şah İsmayıl Səfəviyə hörmətsizliyi sərt tənqid edərək deyib: Spirtli içkilərin şüşələrini Şah İsmayılın şəkli ilə bəzəmək İrana, xüsusilə də Ərdəbilə hörmətsizlikdir.
Azərbaycan Respublikasında son dövrlərdə Şah İsmayıl Səfəviyə qarşı oxşar hörmətsizliklərin baş verdiyini açıqlayan Ərdəbilin imam cüməsi əlavə edib: Birincisi Şah İsmayıl dini hökumətin banisidir. 2-cisi onun düşüncəsi Qurana və Əhli-Beyt təfəkkürünə əsaslanır və bu millətçi olmaqla uzlaşmır. Üçüncüsü Şah İsmayılın əsas təşəbbüsü İranı vahid etmək olub. O buna inanıb ki, İran ərazisinin hətta bir qarışı belə İrandan ayrılmamalıdır və 7 il ərzində şiə hökumətinə əsasən vahid İranı təşkil edə bilmişdir. Bu isə İrandan ayrılmaqla uzlaşmır və ayrılanlar Şah İsmayılı öz tarixi üçün təsisçi etməklə özlərini onunla uyğunlaşdırmalıdırlar.

Teqlər

Şərhlər