• Ümumdünya Qüds günü yürüşü dünya medialarında
    Ümumdünya Qüds günü yürüşü dünya medialarında

İran xalqının bu il müsəlmanların birinci qibləsi olan Qüdsü himayə istiqamətindəki milyonluq yürüşü region və dünya medialarında geniş surətdə əks etdirilib.

Röyters xəbər agentliyi bir reportajda İran boyu Ümumdünya Qüds günü yürüşünün keçirilməsinə işarə edərək, yazıb: İranlılar Ramazan ayının sonuncü cüməsində milyonluq aksiya keçirərək, fələstinliləri himayə etdiklərini bildirib, İsrail və Amerikaya qarşı şüarlar veriblər.
Amerikan Assoşieyted Press xəbər agentliyi də İranda Ümumdünya Qüds günü yürüşü barədə reportaj verərək bildirib ki, minlərlə iranlı bu yürüşdə Fələstinə tərəfdar çıxaraq, "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları verib.
Frans-Press xəbər agentliyi isə bir xəbərdə yazıb: İranlılar Ümumdünya Qüds günündə İŞİD-i Səudiyyənin əlaltıısı adlandırıblar.
Bu xəbər agentliyi əlavə edib: Ümumdünya Qüds günü yürüşündə İran xalqı Ərəbistanın Yəmənə hücumlarını da pisləyib və Fələstin və Yəməndəki uşaq qırğınına son qoyulmasını tələb edib.
Əlminar telekanalı da İranda Ümumdünya Qüds günündə əzəmətli yürüşün keçirilməsi barədəki reportajında bildirib: Həzrət İmam Xomeyni(r.ə.) Fələstin xalqı ilə həmrəylik məqsədilə mübarək Ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü elan edib.
Ələhd informasiya portalı da Tehranda və İranın 770 şəhərində İran xalqının, eləcə də İranın siyasi və dini şəxsiyyətlərinin geniş iştirakı ilə Ümumdünya Qüds günü yürüşlərinin keçirilməsindən xəbər verib.
Bu xəbər portalı əlavə edib: İran xalqı öz şüarlarında islami birliyin qorunmasını vurğulayaraq, Qəzzədən Yəmənədək modern cahillik və uşaqların öldürülməsini pisləyibdir.
Londonda çıxan Əl-Quds Əl-Ərəbi qəzeti də yazıb: Tehran universitetinə gedib çıxan küçələr "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları verən aksiyaçıların geniş iştirakının şahidi idi.
Ələrəbi portalı da İran xalqının Ümumdünya Qüds günü yürüşündəki milyonluq iştirakı və "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları verməsinə işarə edib.
Misirin Əlyəum Əlsabə qəzeti və Muhit xəbər portalı da Tehranda və İranın 770 şəhərində keçirilən Ümumdünya Qüds günü yürüşlərini işıqlandırıblar.
Birləşmiş Ərəb Əmirliklərnin Tehranda yerləşən müstəqil Erəm Nyus xəbər portalının müxbiri iranlıların Ümumdünya Qüds günü yürüşlərində Qərb və Amerikanın Fələstin xalqına qarşı repressiya, mühasirə və qətl siyasətləri əleyhinə şüarlar verdiklərini qeyd edib.
İraqın Brasa xəbər agentliyi də İrandakı Ümumdünya Qüds günü yürüşlərini təsvirləri ilə geniş surətdə işıqlandıran digər ərəbdilli medialardan olub.
Fələstinin Ələrəb Əlan informasiya agentliyi isə İranda və dünyada Ümumdünya Qüds günü yürüşləri ilə bağlı yazıb: İran xalqının övladları və İslam dünyasının xalqları Ümumdünya Qüds günü yürüşlərində milyonluq iştirakla qəhrəmanlıq yaradıblar.
Jul 11, 2015 13:05 Asia/Baku
Şərhlər