Jul 15, 2015 16:49 Asia/Baku
  • Ruhani: Nüvə müzakirələri dünya diplomatiyası tarixində misilsiz bir addım idi
    Ruhani: Nüvə müzakirələri dünya diplomatiyası tarixində misilsiz bir addım idi

İran prezidenti dünyanın altı qüdrəti ilə nüvə müzakirələrini dünya diplomatiyası tarixində misilsiz bir addım adlandırıb.

Səhər telekanalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında İranın müxtəlif sahələrdəki böyük nailiyyətlərinə toxunaraq, əlavə edib: İranın 5+1 qrupu ilə nüvə müzakirələri tarixdə qalacaq və bu ölkənin gələcək övladları bu müzakirələrlə iftixar edəcəklər.
O, İran İslam İnqilabının əvvəlindən bəri dünyanın və Qərbin ümumi fikrində İran İslam Respublikası haqda yanlış təsəvvürün mövcud olmasına işarə edərək, bu təsəvvürün dəyişdiyini bildirib.
O, İranın nüvə komandasını son dərəcə təcrübəli adlandıraraq, onların zəhmətlərnə görə təşəkkür edib.
Ruhani əlavə edib: Hazırda dünya qüdrətləri belə bir nəticəyə çatıblar ki, təzyiq və iqtisadi sanksiyalar faydasızdır və bir nəticə vermir. Buna görə, onların müzakirədən başqa yolları yox idi.
İran Milli Təhlükəsizlik Ali Şurasının sədri həmçinin İslam İnqilabının Böyük Rəhbərinin müzakirələrlə bağlı himayələri və dəqiq göstərişlərinə görə minnətdarlıq edərək, söyləyib: Bu gün İranda mövcud olan birlik təkcə İslam İnqilabının Böyük Rəhbərinin iştirakı və himayəsi ilə mümkündür və əgər o həzrətin istiqamətləndirmələri və köməkləri olmasaydı, bu gün şübhəsiz, bu nöqtədə olmazdıq.

Teqlər

Şərhlər