Sep 17, 2015 14:43 Asia/Baku
  • İranın 36-cı hərbi dəniz bölməsi Ədən körfəzinə doğru yol aldı
    İranın 36-cı hərbi dəniz bölməsi Ədən körfəzinə doğru yol aldı

İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının 36-cı hərbi dəniz bölməsi İranın ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ədən körfəzinə doğru yola çıxıb.

İSNA-nın məlumatına görə, İran ordusu Dəniz Qoşunlarının Cəmaran və Buşehr hərbi gəmilərindən ibarət olan 36-cı hərbi dəniz bölməsi cümə axşamı günü Ədən körfəzinə doğru hərəkət edib.
Bu məlumata görə, İran ordusu Dəniz Qoşunlarının 35-ci hərbi dəniz bölməsi də öz missiyasını başa vurduqdan sonra İran sahillərinə yan alıb.
İran ordusu Dəniz Qoşunlarının Bəndər Abbas dəstək gəmisi və Əlvənd esminesindən ibarət olan 35-ci hərbi dəniz bölməsi iyul ayında öz missiyasına başlamışdı.
90 gündən artıq beynəlxalq sularda üzən bu hərbi dəniz bölməsi öz missiyasının sonunda İran sahillərinə yan alıb.

Teqlər

Şərhlər