Oct 05, 2015 10:59 Asia/Baku
  • İran ABŞ-ın Əfqanıstanın Qunduz xəstəxanasına qarşı hava hücumuna reaksiya verib
    İran ABŞ-ın Əfqanıstanın Qunduz xəstəxanasına qarşı hava hücumuna reaksiya verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Əfqanıstanın Qunduz xəstəxanasına qarşı hava hücumunu pisləyib.

İran Xarici İşlər Nazirliyinin Baş Diplomatiya İdarəsinin məlumatına görə, bu nazirliyin mətbuat katibi Mərziyyə Əfxəm bazar günü axşam uşaq və qadınlar daxil olmaqla onlarla günahsız insanın həlak olması və yaralanmasına bais olmuş amerikalı hərbi təyyarələrin Əfqanıstanın Qunduz xəstəxanasına qarşı hava hücumunu məsuliyyətsiz və əsaslandırılmaz bir hərəkət adlandırıb.
Əfxəm Əfqanıstanın dövləti və xalqının kədərinə şərik çıxaraq, bildirib ki, Əfqanıstanın zülm çəkmiş xalqının ictimai hüquqlarına göz yumulması və bu ölkənin müalicə mərkəzinə hücum Amerika ilə müttəfiqlərinin müdaxilə mahiyyətli münasibətlərinin nəticəsidir.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin İranın qonşusu kimi Əfqanıstanda dinclik və təhlükəsizliyin qurulmasının önəmini vurğulayaraq, ümidvarlıq edib ki, beynəlxalq orqanlar qətiyyətlə öz vəzifələrinə əməl edəcək və Qunduz xəstəxanasına qarşı hava hücumu kimi faciələrin təkrar edilməməsi üçün lazımi tədbirlər görüləcəkdir.
ABŞ təyyarələrinin şənbə günü Əfqanıstanın Qunduz şəhərində Sərhədsiz Həkimlər Təşkilatınn idarəsi altında olan xəstəxanaya qarşı hava hücumunda xəstəxananın xəstələri və işçilərindən 19 nəfər həlak olub və təqribən qırx nəfər yaralanıbdır.
Bu hücum beynəlxalq səviyyədə geniş surətdə pislənilib. Sərhədsiz Həkimlər Təşkilatı da bu hücumu hərbi cinayət adlandırıbdır.

Teqlər

Şərhlər