Dek 16, 2015 08:59 Asia/Baku
  • Zərif MAQATE-nin Direktorlar Şurasının qətnaməsini müsbət qarşıladı
    Zərif MAQATE-nin Direktorlar Şurasının qətnaməsini müsbət qarşıladı

İran xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İranın nüvə fəaliyyətləri ilə bağlı keçmiş və hazırkı məsələlərin araşdırılması işinin(PMD) bağlı elan edilməsi ilə bağlı son qətnaməsini İranın nüvə işi ilə əlaqədar yeni mərhələnin başlanğıcı adlandırıb.

5+1 qrupu ölkələrinin İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işinin bağlı elan edilməsi üzrə qətnaməsi MAQATE-nin Direktorlar Şurasında bütün tərəflərin lehinə verdiyi səslə təsdiq edilib.

Bu qətnamənin qəbul edilməsi ilə PMD işi həmişəlik olaraq bağlı elan edilib və nüvə anlaşmasının icrasına zəmin yaranıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif əlavə edib: Direktorlar Şurası nəhayət 12 ildən sonra İran və MAQATE arasındakı Yol Xəritəsinin təkmilləşdirildiyini etiraf edərək, 9 bənddən ibarət olan bir qətnamə qəbul etməklə PMD işinin bağlandığını rəsmən elan etdi.

Cənab Zərif həmçinin deyib: Bu qətnamə PMD işinin bağlanıldığını elan etməkdən daha geniş anlama malikdir. Belə ki, bu qətnamə Direktorlar Şurasının İrana qarşı öncəki 12 qətnaməsini də ləğv etmiş oldu.

İranın xarici işlər naziri həmçinin deyib: Direktorlar Şurası artıq İranın nüvə fəaliyyətlərinin keçmişi ilə bağlı araşdırmaları birdəfəlik olaraq öz iş gündəmindən çıxardaraq, bundan sonra sadəcə təyin olunmuş zaman cədvəli əsasında nüvə anlaşmasının icrasına nəzarət edəcək.

Zərif əlavə edib: Bu qətnaməyə əsasən tam qəti şəkildə demək olar ki, İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı qondarma və saxta ittihamlar(PMD) artıq tarixə qovuşmuş oldu. İndi Amanonun son hesabatına əsasən İranın nüvə fəaliyyətlərinin sırf dinc məqsədlərə xidmət etdiyi öz təsdiqini tapmış olub.

Teqlər

Şərhlər