Apr 21, 2016 13:41 Asia/Baku
  • Əbdürrza Rəhmani Fəzli
    Əbdürrza Rəhmani Fəzli

İranın Narkotik Maddələrlə Mübarizə Qərargahının baş katibi tranzit üzrə ölkələrə texniki və təchizat yardımları üçün beynəlxalq ictimaiyyətin öhdəliklərinin icra olunmasını istəyib.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli BMT-nin Nyu-Yorkda keçirilən narkotik maddələrlə mübarizə üzrə xüsusi iclasında narkomanların müalicəsi və onların ailələrinə yardım üzrə layihə və ictimai strategiyanın seçilməsini vurğulayaraq deyib: İranda dünyanın heroin və morfininin təxminən 48%-i və 80% tiryəki aşkarlanır. Ötən ildə də İranda 620 ton narkotik maddə aşkarlanıb.

İran daxili işlər naziri deyib: İran İslam Respublikası beynəlxalq qaçaqçılarla mübarizə üçün 3800 şəhid və 12 min yaralı vermişdir.

Tranzit yolda yerləşən ölkələrin iştirakı ilə Tehranda beynəlxalq iclasın keçirilməsinə İranın hazır olduğunu bildirən Rəhmani Fəzli əlavə edib: Bütün ölkələr böyük narkotik mafiyaları başçıları və çirkli pulların yuyulması ilə mübarizədə əməkdaşlıq etsinlər.

Teqlər

Şərhlər