Aug 23, 2016 18:30 Asia/Baku
  • Qadir Mizbani
    Qadir Mizbani

6 sentyabr 1975-ci ildə Təbriz şəhərində dünyaya göz açan Qadir Mizbani İranın milli velosiped yığmasının üzvü habelə, 2008 və 2016-cı illərdə Pekin və Rio De Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Qadir Mizbani 1998-ci ildə Bankokda keçirilən velosiped yarışlarının qalibi olub. O, 2002-ci ildən profesional şəkildə velosiped idman növü ilə məşğul olur.

Mizbani 2005-2006-cı illərdə Malayziyada keçirilən Long Kavi velosiped yarışlarında Tayvanın Giant komandasıilə birlikdə qəhrəmanlıq adını qazanmağa nail olub.

O hazırda Təbrizin Şəhrdari velosiped klubunun üzvüdür. Q.Mizbani İranda keçirilən velosiped yarışlarının yeddi qat çempionudur.

Mizbani İranda velosiped idman növü üzrə ən çox medal sahibi olan idmançı sayılır.

Teqlər

Şərhlər