Jan 03, 2017 16:21 Asia/Baku
  • İran məclisinin üzvləri Şeyx Nimrin şəhadətinin ildönümü günündə bəyanat yayıblar
    İran məclisinin üzvləri Şeyx Nimrin şəhadətinin ildönümü günündə bəyanat yayıblar

İran İslam Şurası Məclisinin üzvləri bir daha ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Əl-Nimrin edam edilməsini pisləyərək, insan haqları təşkilatlarından istəyiblər ki, Ali-Səudun bu cür bəşəriyyətə zidd cinayətlərilə ikili rəftardan çəkinsin və özlərinin qanuni və əxlaqi vəzifələrinə əməl etsinlər.

İran İslam Şurası Məclisinin üzvləri bu gün Şeyx Nimrin şəhadətinin birinci ildönümündə bir bəyanat yayaraq, bildiriblər ki, Şeyx Nimrin edamı və şəhadəti terrorçuların region və dünyanın asayişi və təhlükəsizliyini aradan götürdükləri və regionda sabitlik və dincliyi hədələdikləri bir şəraitdə səud hökmranlarının tədbirsizlikləri və məsuliyyətsizliklərinin dərinliyindən xəbər verirdi.

İran İslam Şurası Məclisinin üzvləri vurğulayıblar: Son illərdə regionda terrorçuluğu himayə, Yəmənə hücum, onun günahsız xalqını qırğın etmə və digər ölkələrin vətəndaşlarının yatırılmalarına dəstək verməklə regionun sabitliyində qeyri-konstruktiv rol oynamış Ərəbistan əslində regionda təfriqəsalmanın şiddətlənməsi istiqamətində addımlayır.

İran İslam Şurası Məclisinin üzvləri əlavə ediblər: Ərəbistan dövləti qeyri-insani və beynəlxalq qanunlara sığmayan bir hərəkətdə İslam Dünyasının böyük və görkəmli ruhanisi Şeyx Nimri şəhid etdi.

Teqlər

Şərhlər