• Salehi: Bu gün İranın üç nüvə layihəsinin təqdimatı olacaq

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Milli nüvə texnologiyası günündə Qəzvin, Əlborz və Yəzddə İranın üç nüvə layihəsi istifadəyə veriləcək və təqribən 40 nailiyyətin təqdimatı olacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi dünən gecə İranın 1-ci telekanalı ilə müsahibə mahiyyətli verilişdə əlavə edib: Sağlamlıq və kənd təsərrüfatı sektorları üçün elmi dəyişiklik yaradacaq Qəzvində modern sürətləndiricinin təqdimatı, sarı keks istehsalı xərcinin azaldılması üçün yüksək əyarlı uran daşlarının aşağı əyarlı uran daşlarından ayırd edilməsi, neft nazirliyi üçün modern sentrifuqa, Tehran Reaktoru yanacağının keyfiyyətinin yüksəldilməsi və yaxşılaşdırılması layihəsi bu gün istifadəyə veriləcək layihələrdəndir.

Əli Əkbər Salehi uranın kəşfiyyatı və çıxarılmasını İranın nüvə sənayesinin ən strateji bölməsi adlandırıb. O, deyib: İndiyə kimi İran ərazisinin 70%-dən çoxu uran üçün havadan kəşfiyyat və ümidverici nöqtələr aşkarlanaraq, kəşf edilibdir.

Salehi qarşıdakı on il ərzində Rusiya və Çinin iştirakı ilə İranda iki yeni atom elektrik stansiyasının inşasına toxunub və belə əlavə edib: İran bu iki atom elektrik stansiyası və Buşehr AES üçün ildə 600 ton urana ehtiyac duyacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin 5+1 qrupu tərəfindən nüvə anlaşmasının pozulması ehtimalı haqda deyib: Əgər nüvə anlaşmasına nəzarət edən iranlı komitə müəyyən etsə ki, 5+1 əhdi pozub, İran İslam Respublikasının nüvə texnologiyasında geriyə dönməsi onları heyran edəcək dərəcədə olacaq.

Apr 09, 2017 09:54 Asia/Baku
Şərhlər