Jun 28, 2017 21:40 Asia/Baku
  • Zərif İtaliyanın baş naziri ilə görüşüb

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif və İtaliyanın baş naziri Paolo Centiloni çərşənbə günü Romada görüşüblər.

İRNA-nın verdiyi məlumata görə, baş nazirlik sarayında baş tutan bu görüşdə tərəflər qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarını eləcə də regional və beynəlxalq məsələləri araşdırıblar. 

Bu görüşdə İtaliyanın baş naziri Tehranda törədilən son terror aktında həlak olanların ailələrinə baş sağlığı müraciətini İranın XİN rəhbərinə bildirib. 

Məhəmməd Cavad Zərif də İtaliya ilə əməkdaşlıqların inkişaf etdirilməsinə İranın maraqlı olduğunu vurğulayıb. 

İİR XİN rəhbəri çərşənbə günü səhər çağı İtaliya rəhbərləri ilə görüş məqsədi ilə Berlini Romaya doğru tərk etdi. Zərif İtaliyada bu ölkənin parlament sədri və XİN başçısı ilə də görüşəcək. 

İtaliya İİR-in əsas ticarət ortaqlarından biridir. 

Teqlər

Şərhlər