May 06, 2018 18:20 Asia/Baku
  • İranın silahlı qüvvələri ölkəni müdafiə üçün tam hazırdır
    İranın silahlı qüvvələri ölkəni müdafiə üçün tam hazırdır

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi deyib: Silahlı qüvvələr yüksək qabiliyyətlə islami vətəni müdafiə etməyə hazırdır.

İRİB-in verdiyi məlumata görə, General Məhəmməd Baqiri bu gün İranın cənub qərbində Behbəhan şəhərinin Sepah qüvvələrinin  İmam Həsən(ə) diviziyasının komandanları və kadrı ilə görüşündə deyib: Bu gün İranın silahlı qüvvələri yüksək hazırlığa malik olaraq İslami İranın düşmənlərinin hərhansı təcavüz və təhdidinə cavab verməyə hazırdır. 

General Baqiri deyib: 40 ildən sonra dünyanı talayan Amerika, qəsbkar sionist rejim və region irticaçıları İran islam inqilabına zərbə endirməyə cəhd göstərirlər amma islami İrana kiçicik zərbə belə vura bilməyiblər. 

Teqlər

Şərhlər