May 28, 2018 19:56 Asia/Baku
  • İran və Hindistan xarici işlər nazirləri görüşüblər
    İran və Hindistan xarici işlər nazirləri görüşüblər

İranın xarici işlər naziri Hindistan səfərinin davamında bu ölkənin xarici işllər nazirliyində öz hind həmkarı Suşma Svarac ilə görüşərək, məşvərət edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə siyasi-ticari bir heyətlə Yeni-Dehliyə daxil olub.

İkitərəfli, regional və beynəlxalq məsələlər, eləcə də Amerikanın nüvə anlaşmasından çıxmasından sonra iki ölkənin bir-birinin maraqlarının təmini istiqamətindəki şəraiti barədə söhbət, bu danışıqların mehvərlərindən olubdur.

Zərif deyib: Hindistan İranın regiondakı mühüm siyasi və iqtisadi şəriklərindən sayılır.

Hindistanın xarici işlər naziri Suşma Svarac da dünən bir müxbirin nüvə anlaşması ilə bağlı son olaylar barədəki sualının cavabında deyib ki, Yeni-Dehli heç bir ölkənin İrana qarşı birtərəfli sanksiyalarına tabe olmayacaqdır.

Teqlər

Şərhlər