Jun 04, 2018 13:42 Asia/Baku
  • Beynəlxalq ictimaiyyət Amerikanın quldurcasına metodu qarşısında durmalıdır
    Beynəlxalq ictimaiyyət Amerikanın quldurcasına metodu qarşısında durmalıdır

İranın xarici işlər naziri deyib: Beynəlxalq ictimaiyyətin hər bir üzvü Amerikanın quldurcasına metodları, qanundan yayınması və qanun aliliyinə etinasızlığı qarşısında dayanmalıdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmaqla yol verdiyi qanunsuz hərəkət barədə digər ölkələrlə fikir mübadiləsinin davamında İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif öz həmkarlarına ünvanladığı məktubda ABŞ-ın bu qərarının təhlükəli nəticələrini şərh edərək, Amerikanın tamahkarlıqları və qeyri-qanuni hərəkətlərinin həmin ölkələr tərəfindən pislənilməsini, ƏMTP-nin və BMT TŞ-nin 2231 saylı qətnaməsinin icrasının həmin ölkələr tərfindən davam etməsini istəyib və ƏMTP-nın hərhansı beynəlxalq razılaşma kimi, əhdə sədaqət qaydasına şamil olduğu və bütün tərəflərin qarşılıqlı öhdəliklərinə sövkəndiyini xatırladaraq bildirib ki, Bu razılaşmanın miqyası, qaydaları və zaman çərçivəsi, çox tərəfli dəqiq, həssas və balanslı müzakirələrin nəticəsidir və bu müzakirələrin artırılması, dəyişdirilməsi və yaxud yenidən aparılması mümkünsüzdür. 

Zərif bildirib: Bu razılaşmanın İran xalqı üçün səmərələri də ƏMTP-də və onun əlavələrində açıq-aydın şəkildə öz əksini tapmış nüvə mövzusu ilə əlaqədar könüllü tədbirlərdən əlavə heç nə ilə şərtləndirilə bilməz. 

 

Teqlər

Şərhlər