• Kontr Admiral Səyyari: İranın su keçidlərinin təhlükəsizliyinin təminində rolu kimsəyə gizli deyil
    Kontr Admiral Səyyari: İranın su keçidlərinin təhlükəsizliyinin təminində rolu kimsəyə gizli deyil

İran İslam Respublikası ordusu komandanının koordinasiya üzrə müavini bu gün İranın dəniz keçidlərinin təhlükəsizliyinin təminindəki rolunun kimsəyə gizli olmadığını bildirərək deyib: İran İslam Respublikası silahlı qüvvələri dənizlərin təhlükəsizliyinin mühafizəsi ilə məşğuldurlar.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Kontr Admiral Həbibullah Səyyari İranın şimalında Noşəhrdə dünya ordularının dalğıclarının yarışlarının yekun mərasimində deyib: İran İslam Respublikası ilahi nemətlərdən faydalanaraq şimal və cənubdan dənizlərə qovuşur və dinc qonşuluq prinsipinə sadiq qalaraq qonşularla 5 min km dəniz sərhədlərində tam sakitlik hökm sürür. 

İran ordusunun komandanı müavini deyib: İran İslam Respublikası daima dünyanın müharibədən uzaq olması və sülh və dostluq içində olmasını istəyir. 

Kontr Admiral Səyyari Noşəhrdə keçirilən dalğıclar üzrə yarışlara toxunaraq deyib: Siyasət dünyasının sülh və dostluq sözlərinə yad olduğu bir şəraitdə qorxmaz hərbçilər və dənizçilər bu yarışlarda bu sözləri dünyaya mesaj olaraq vermiş oldular. 

İran ordusunun komandanı müavini deyib: Bu yarışların iştirakçıları müharibə təblini çalanlara öz nifrətlərini elan etdilər. 

Dünya orduları arasında beynəlxalq yarışlar bu il 28 idman növü üzrə İran, Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan, Belarus və Ermənistanda eyni zamanda keçirilməkdədir.  İran dalğıclar üzrə yarışlara evsahibliyi edirdi. İran İslam Respublikası ordusunun dəniz qoşunlarının dalğıcları bu yarışların çempionu oldular. 

Teqlər

Aug 10, 2018 19:15 Asia/Baku
Şərhlər