Avq 26, 2018 13:42 Asia/Baku
  • Ruhaninin Kermanşah zəlzələsi ilə bağlı göstərişi

İran İslam Respublikasının prezidenti bu gün səhər İranın daxili işlər naziri və Kermanşah valisi ilə telefon əlaqəsində Kermanşahın "Səlas Babacani" şəhrestanının mərkəzi olan Tazeabad şəhərində baş vermiş zəlzələ barədə ən yeni məlumatlarla tanış olaraq, lazımi göstərişlər veribdir.

Həsən Ruhani İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli ilə telefon söhbətində zəlzələdən zərərçəkənlərə yardım prosesi və zəlzələnin dağıntılar törətdiyi məntəqələrin vəziyyətinə baxılması barədə məlumatlandırıldıqdan sonra zərərçəkənlərə təcili yardımların göstərilməsi üçün bütün imkanlardan istifadə edilməsi haqda göstəriş veribdir.

Ruhani həmçinin Kermanşah valisi Huşəng Bazvənd ilə telefon danışığında zəlzələdə yaralananlar və zərərçəkənlərə təcili yardım istiqamətində orqanların bütün imkanlarının səfərbər olunması üçün lazımi göstərişlər verib.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli zəlzələ məntəqələrinə baş çəkmək, Kermanşah vilayətinin şəraitini öyrənmək və hadisədə zərər çəkənlərin vəziyyəti ilə tanış olmaq üçün sabah bu vilayətə səfər edəcək.

Teqlər

Şərhlər