• Zərif:ABŞ-ın təzyiqləri ölkələrin biri-biri ilə əlaqələrinin güclənməsinə səbəb olacaq
    Zərif:ABŞ-ın təzyiqləri ölkələrin biri-biri ilə əlaqələrinin güclənməsinə səbəb olacaq

İran İslam Respublikası xarici işlər naziri Ankaraya daxil olarkən deyib: Amerikanın bəzi ölkələrə qarşı təzyiqləri bu ölkələrin biri-biri ilə əlaqələrinin güclənməsinə gətirib çıxaracaq.

Məhəmməd Cavad Zərif bu gün Ankarada müxbirlərə verdiyi müsahibədə deyib: Amerikanlar imtiyaz almaq üçün təzyiq göstərməkdə heç bir hədd tanımadıqlarını və hətta öz müttəfiqlərini belə təzyiqlərdən qaranti etmədiklərini nümayiş etdirdilər. 

İranın XİN rəhbəri Türkiyə dövlətinin və bu ölkənin prezidentinin Amerikanın təzyiqləri qarşısında gözə çarpacaq müqavimətə malik olduğunu xatırladaraq deyib: Türkiyə və Amerikanın Avropadakı bir çox müttəfiqləri artıq belə qənaətə gəliblər ki, Amerika etimad ediləsi ortaq deyil. 

Zərif İranın region məsələlərində Türkiyə ilə üç və bir neçə tərəfli əməkdaşlıqlarına toxunaraq deyib: Gələn həftənin sonunda İran, Türkiyə və Rusiyanın prezidentlərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçiriləcək. 

İranın xarici işlər naziri həmçinin Ankaraya səfərdə məqsədinin qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi yollarının və üçtərəfli Tehran iclası üçün hazırlıqların araşdırılması olduğunu deyib. 

Zərif Ankaraya bir günlük səfərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşəcək və bu görüşlərdə qarşılıqlı məsələlər müzakirə ediləcək. 

Teqlər

Aug 29, 2018 19:34 Asia/Baku
Şərhlər