Sep 22, 2018 16:34 Asia/Baku
  • Laricani: Özünəistinad İran silahlı qüvvələrinin yeganə inkişaf yoludur
    Laricani: Özünəistinad İran silahlı qüvvələrinin yeganə inkişaf yoludur

İran İslam Şurası Məclisinin sədri özünəistinadı İran silahlı qüvvələrinin özəlliklərindən biri adlandırıb və belə deyib: Səkkiz il Müqəddəs Müdafiə təcrübəsi göstərdi ki, özünəistinad İran silahlı qüvvələrinin yeganə inkişaf yoludur.

Əli Laricani bu gün İranın Bəndər-Abbas şəhərində Müqəddəs Müdafiə həftəsinin başlanması münasibətilə keçirilən İran silahlı qüvvələrinin paradında əlavə edib: İranın silahlı qüvvələri bu gün həmişəkindən daha qüdrətli şəkildə xalqı və ölkəni qorumağa hazırdır və bu qüdrət heç bir dövlət tərəfindən hədiyyə olunmayaraq, xalqın müqaviməti və İslam İnqilabının Böyük Rəhbərinin sayıqcasına rəhbərliklərinin nəticəsidir.

İran parlamentinin sədri söyləyib: İran hər bir quldurluq qarşısında dayanmaq qüdrətinə malik və dünyanın məzlum xalqlarına yardım etməyə hazır olan silahlı qüvvələrə malikdir.

ABŞ-ın anti-İran təbliğatları və hərəkətlərinə toxunan Laricani deyib: Amerikalılar region ölkələrini İranla qorxutmaq istəyirlər, amma Fars Körfəzi ölkələrinin başçıları bilsinlər ki, Amerika və Donald Tramp regionun xeyrini istəmirlər və onlar İslam və müsəlmanların düşmənləri kimi regionun sərvətlərini qarət etmək ardıncadırlar.

O, vurğulayıb: Əgər region ölkələri qəflətə qapılarlarsa, Amerika qəflətə qapılmış bütün ölkələri qara günə qoyacaq, buna görə, bütün region dövlətləri Amerikanın tamahkarlıqları qarşısında dayanmalıdırlar.

İran parlamentinin sədri həmçinin söyləyib: Amerika hazırda İran xalqına qarşı iqtisadi savaşa qalxıb və terrorçular kimi hərəkət edir. Əslində Amerika bu gün bir növ terrorçuyetişdirmə-yə rəhbərlik edir.

Teqlər

Şərhlər