İnqilab Rəhbəri: İran xalqı sanksiyanı uğursuz qoyaraq, Amerikaya digər bir şilləni vuracaq
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Vətənin böyük gənclər toplusu və böyük İran xalqı düşmənin yerdə qalan sonuncu vasitəsini, yəni sanksiyanı uğursuz qoyaraq, Amerikaya digər bir şillə vuracaqlar.
Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər bəsicilərin Tehranın yüz min nəfərlik stadionunda keçirilən böyük və əzəmətli toplanışında bildiriblər ki, amerikalılar puç təsəvvürlərlə öz qüdrətləri və İranın vəziyyəti barədə tamamilə tərsinə bir təsvir yaratmaq niyyətindədirlər.
O həzrət əlavə ediblər: Ölkənin milli iqtisadiyyatı sanksiyanı uğursuz qoya bilər və Allah-Taalanın köməkliyi ilə sanksiyaları uğursuz qoyacağıq və sanksiyanın uğursuz qalması Amerikanın məğlub olması deməkdir və Amerika bu məğlubiyyətlə İran xalqından daha bir şillə almalıdır.
İslam İnqilabının Böyük Rəhbəri Amerika liberal-demokratiyasının biabır olmasına və onun dünyada tənqid olunmasının rəvac tapmasına toxunaraq, belə qeyd ediblər: Elə buna görədir ki, Amerika böyük maliyyə imkanlarına, həmçinin modern texnologiya və atom qüdrətinə malik olsa da İraq, Suriya, Livan, Pakistan və Əfqanıstan kimi bir çox məntəqələrdə məğlub olub və Amerikanı digər məğlubiyyətlər də gözləyir.
Həzrət Ayətullahuluzma Xamenei İran İslam Respublikasının qüdrətini sübut etmək üçün İranın İngiltərə və Amerikanın zalımcasına hökmranlıqlarından xilas edilməsini yetərli adlandıraraq, əlavə ediblər: İran xalqının məğlubedilməzliyi əziz İslamın bərəkətindən irəli gəlir və bu məğlubedilməzliyi bu böyük xalqın İslam İnqilabında, Müqəddəs Müdafiədə, eləcə də son qırx il ərzindəki bütün fitnələr qarşısındakı müqavimətində müşahidə etmək olar.
O həzrət Amerika prezidentinin ürəyinin xoş olmasını İslam İnqilabını və İran xalqını və onun inqilabi və iman əhval-ruhiyyəsini tanımamasının nəticəsi adlandırıblar və belə vurğulayıblar: Bu yanlış analiz amerikalıların ötən qırx ildə yolu itirmələrinə səbəb olubdur və İran xalqının düşmənlərini nadanlar və əbləhlərdən qərar verdiyinə görə, Allah-Taalaya şükr etmək lazımdır.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin dünyanın zalım qüvvələrinin hədəfinin İslami İranın qüdrət elementlərinə zərbə vurmaq olduğunu bildirərək, deyiblər: Milli birlik, təhlükəsizlik və ictimai sabitlik, İnqilabın prinsip və əsaslarına sədaqət, elmi inkişafa doğru irəliləyişin davam etməsi, inqilabçı və islami mədəniyyətin genişlənməsi və dərinləşməsi, müdafiə və raket inkişafı və regionda iştirak İslam Respublikasının qüdrət elementləridir və düşmənlər bu qüdrət elementlərinə zərbə vurmaq ardıncadırlar.