Nov 23, 2018 19:49 Asia/Baku
  • Zərifin İtaliya rəsmiləri ilə görüşləri davam edir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İtaliyada bu ölkə parlamentinin sədri Roberto Fiqo ilə görüşüb.

Roberto Fiqo bu görüşdə deyib: Amerikanın nüvə anlaşmasından çıxması problemlər yaradıb, amma İtaliya və Avropa bu nailiyyətin qorunması üçün əllərindən gələni edəcəklər.

İtaliya parlamentinin sədri iki ölkənin səmimi və tarixi əlaqələrinə toxunaraq, əlavə edib: Qəti şəkildə əminəm ki, İran regionda və beynəlxalq sistemdə əsas bir oyunçudur.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də Amerikanın nüvə anlaşmasından çıxmaq üzrə birtərəfli hərəkətini və digər ölkələrə qarşı təyiqlərinin davam etməsini bir quldurluq və qanundanqaçma adlandırıb ki, beynəlxalq sistemdə qısa və uzun müddətli mənfi təsirlərə malik olacaqdır.

Zərif vurğulayıb ki, İran bu mərhələdən keçib gedəcək, amma bu cür rəftarla beynəlxalq sistem problemlə üzləşəcəkdir.

İki tərəf həmçinin ikitərəfli əlaqələrin xüsusilə iqtisadi sahədə genişləndirilməsi, mövcud maneələrdən keçid, eləcə də parlament həmkarlıqları və tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri "Aralıq dənizi üzrə dialoqlar" adlı illik yığıncaqda iştirak etmək üçün çərşənbə günü gecə İtaliyanın paytaxtı Romaya daxil olubdur.

Məhəmməd Cavad Zərif indiyədək "Aralıq dənizi üzrə dialoqlar" adlı illik yığıncaqda iştirakdan əlavə, İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi, Maltanın xarici işlər naziri Karmelo Abela, həmçinin İtaliya-İran ticarət otağının fəalları ilə görüşüb.

Teqlər

Şərhlər