Dec 23, 2018 15:53 Asia/Baku
  • İran sunami faciəsi ilə əlaqədar İndoneziyaya başsağlığı verdi
    İran sunami faciəsi ilə əlaqədar İndoneziyaya başsağlığı verdi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İndoneziyada baş vermiş sunami nəticəsində bir çox insanın ölməsi və yaralanması münasibəti ilə bu ölkə xalqı və dövlətinə başsağlığı verib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bəhram Qasımi bazar günü İndoneziyada onlarla nəfərin ölməsi, yüzlərlə nəfərin yaralanması, itkin düşməsi və evsiz qalmasına səbəb olan Sunami faciəsi ilə bağlı bu ölkə xalqı və dövlətinə başsağlığı verib.

Bazar günü səhər İndoneziya sahilləri güclü sunamiyə məruz qalıb.

Yerli rəsmilərin dediklərinə görə, bu gün sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb. Yaralı sayı isə 700 nəfər elan edilib. 30 nəfərin də itkin düşdüyü bildirilir.

Teqlər

Şərhlər