Dec 25, 2018 19:09 Asia/Baku
  • Şəmxani: Bəzi ölkələr öz təhlükəsizliklərini regiondan kənar ölkələrə satıblar
    Şəmxani: Bəzi ölkələr öz təhlükəsizliklərini regiondan kənar ölkələrə satıblar

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Bəzi ölkələr öz milli təhlükəsizliklərini regiondan kənar ölkələrin iradəsinə satıblar və ABŞ-ın onların qalıcı olmasına zəmanət verə biləcəyini təsəvvür edirlər.

İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün çərşənbə axşamı Tehranda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov ilə görüşdə region ölkələrinin təhlükəsizliyinin müzakirə və anlaşma ilə təmin olunduğunu deyərək, əlavə edib: Hökumətlərin davam etməsinin yolu milli potensiallara və xalqa arxalanmaqdır.

Şəmxani əlavə edib: Bu gün bəzi region ölkələrində terrorizm və onun köklərinə rəvac verilir. Bu isə bütün regionu böhrana sürükləyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-ın İrana qarşı sanksiyalarına işarə edərək, əlavə edib: ABŞ-ın sanksiyaları heç bir qanuni bazaya malik deyil və şübhəsiz bu kimi rəftarlar ABŞ-ın təcrid olmasına səbəb olacaq.

Azərbaycan Respublikası Milli Məclisinin spikeri də bu görüşdə deyib: Azərbaycan İran ilə əlaqələrin bütün zəminlərdə inkişaf etdirilməsini istəyir. Və bu yolda istənilən təklif və təşəbbüsü müsbət qarşılayır.

Oqtay Əsədov bundan öncə İran İslam Respublikası prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricani ilə də görüşüb, iki tərəfli maraqlandıran məsələlər barədə danışıqlar aparmışdı.

Azərbaycan Milli Məclisinin spikeri və onu müşayiət edən heyət sabah Qərbi Azərbaycan ostanına səfər edəcək. Urmiyədə olduğu müddət ərzində Oqtay Əsədov Qərbi Azərbaycanın ostandarı və daha sonra ticarət palatasının üzvləri ilə görüşüb, danışıqlar aparacaq.

Teqlər

Şərhlər