İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Respublikası prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i332616-İran_İslam_respublikası_silahlı_qüvvələrinin_baş_qərargah_rəisi_azərbaycan_respublikası_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə ilə görüşüb, danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2019 13:01 Asia/Baku
  • İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Respublikası prezidenti ilə görüşüb
    İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Respublikası prezidenti ilə görüşüb

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə ilə görüşüb, danışıqlar aparıb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu görüşdə iki ölkə arasındakı tarixi və mədəni bağlara işarə olunaraq, ikitərəfli əlaqələrin siyasi, iqtisadi, hərbi, müdafiə və təhlükəsizlik cəhətləri müzakirə edilib. Görüşdə hər iki ölkənin ikitərəfli əlaqələrin bütün sahələr üzrə günişləndirilməsində ciddi siyasi iradəyə malik olduğu da vurğulanıb. 

Hərbi və texniki əməkdaşlıqların genişləndirilməsi, sərhədlərin təhlükəsizliyinə nəzarət və regionda sülh və sabitliyin möhkəmləndirilməsində əməkdaşlıq, terrorizm ilə mübarizədə təcrübə mübadiləsi bu görüşdə müzakirə olunan digər mühüm mövzular olub.