Mar 14, 2019 14:01 Asia/Baku
  • Fars Körfəzində Sepah-ın hücumçu pilotsuzlarının böyük manevri keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib ki, bu qüvvələrin hücumçu pilotsuzlarının böyük manevri “Ela Beytulmuqəddəs-1” adı altında İranın cənubunda, Fars Körfəzinin ümumi məntəqəsində keçirilib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmirəli Hacızadə əlavə edib: İlk dəfə olaraq, İranın "RQ-170" tipli hücumçu pilotsuz uçan aparatı bir neçə digər hücumçu və döyüş pilotsuzu ilə yanaşı, manevrdə iştirak edib. 

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı söyləyib: Bu manevrdə pilotsuzlar hücumçu-döyüş əməliyyatları ilə bir zamanda öncədən təyin olunmuş min kilometrlik məsafədəki hədəflərə hücum edərək, yüksək diqqətlə onları məhv ediblər.

Hacızadə bildirib ki, Sepah-ın hava-kosmos qüvvələri regionda ən böyük hücumçu bombardmançı pilotsuzlar donanmasına malikdir. O, deyib: Bu pilotsuzların bütün modern texnologiyaları Sepah-ın hava-kosmos qüvvələrinin araşdırma mərkəzi və iqtisadi müstəiqllik təşkilatında konstruksiya edilərək, istehsal olunub və istifadəyə verilibdir.

Sepah-ın hava-kosmos qüvvələrinin komandanı amerikan MQ1 tipli pilotsuzunun oxşarı olan bəzi pilotsuz uşan aparatların bu manevrdə iştirak etmələrinə toxunaraq, deyib: Bu addım zalım qüvvələrin qulaqlarına vurulan bir şapalaq olaraq, onlara xəbərdarlıq edir ki, regionda xərclədikləri iri pulların nəticəsi yoxdur.

Teqlər

Şərhlər