Mar 23, 2019 14:13 Asia/Baku
  • Dörd azad edilmiş iranlı sərhədçi Tehrana daxil olub

2018-ci ilin 15 oktyabrında İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Mircavə sıfır sərhəd nöqtəsində terrorçular tərəfindən oğurlanmış İran sərhədçilərindən digər dörd nəfər dünən gecə Tehrana daxil olub.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü İranın oğurlanmış sərhədçilərindən daha dörd nəfərinin azad edilməsindən xəbər vermişdi.

Bu sərhədçilər İran və Pakistanın siyasi, təhlükəsizlik və kəşfiyyat rəsmiləri arasında aparılmış məşvərətlər və İranın təhlükəsizlik və kəşfiyyat qüvvələrinin gecə-gündüzlü səyləri nəticəsində azad edilərək, İrana geri döndülər.

2018-ci ilin 15 oktyabrında axşamçağı Mircavə sıfır sərhəd nöqtəsində yerləşmiş on iki iranlı sərhədçi Ceyşulzulm terror qruplaşması tərəfindən oğurlanaraq, Pakistan ərazisinə aparıldı. Bundan öncə iki ölkənin məşvərətləri və səylərinin ardınca oğurlanmış beş sərhədçi azad edilərək, İrana geri dönmüşdü.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı briqada generalı pasdar Mohəmməd Pakpour bu sərhədçilər Tehrana daxil olarkən bildirdi ki, yerdə qalan əsirlərin azadlığa buraxılmaları üzrə səylər davam edir.

Ceyşulzulm terror qruplaşması sələfi və vəhhabi təfəkkürlərinə malik olaraq, Suriyadakı terrorçu və təkfirçi qrupların himayədarlarındandır.

Bu terror qruplaşması indiyədək Zahidan terror hücumu daxil olmaqla İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki bir neçə qətl, terror və terror hücumunun məsuliyyətini üzərinə götürübdür.

Fevralın on üçündə baş vermiş Zahidan terror hücumunda İran sərhədçilərindən 27 nəfər şəhid oldu, 13 nəfər də yaralandı.

 

 

Şərhlər