Mar 28, 2019 20:09 Asia/Baku
  • General Baqiri: Seldən zərər çəkmiş məntəqələrin ehtiyacları sürətlə təmin edilməlidir

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi seldən zərər çəkmiş məntəqələrin ehtiyaclarının sürətlə təmin olunmasına təkid etdi.

Fars xəbər agentliyinin bildirdiyinə görə, İran silahlı qüvvələrini baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri cümə axşamı İranın şimalında seldən zərər çəkmiş Ağ Qala şəhərinin sakinləri ilə görüşdə dedi: Seldən zərərçəkənlərə yardımların çatdırılması İranın silahlı qüvvələrinin başlıca prioritetidir.

General-mayor Baqiri həmçinin dedi: Hazırda sel sularının Xəzər dənizinə axıdılması üçün kanalların vurulması və su yollarının açılması məqsədilə mühəndislik imkanlarından istifadə edilərək, yaxşı işlər görülüb.

Teqlər

Şərhlər