Apr 06, 2019 21:26 Asia/Baku
  • İranın dövləti, silahlı qüvvələri və xalqın seldənzərərçəkənlərə yardım üzrə həmkarlığı
    İranın dövləti, silahlı qüvvələri və xalqın seldənzərərçəkənlərə yardım üzrə həmkarlığı

Son nadir yağışlar İranın bəzi şimal, qərb və cənub məntəqələrində daşqınlara səbəb olaraq, iri miqyasda maliyyə və insan xəsarətləri törətdi. İranın Tibbi Ekspertiza Təşkilatı həlak olanların sayını 67 nəfər elan etdi. Son iki həftədə İranın bəzi şimal, qərb və cənub məntəqələrində nadir yağışların yağması və daşqınların meydana gəlməsi nəticəsində dövlət və yardımçı orqanlar, silahlı qüvvələr və İran xalqı seldənzərərçəkənlərin yardımına getdilər və yardım göstərmək davam etməkdədir.

Gülüstan vilayətində yerləşən Əlborz sıra dağlarının buzları saniyədə qırx kubmetr suyu Qorqanrud çayına əlavə etdi... Ağqala şəhərinin şərqində daşqın səviyyəsinin azalmasından iki gün sonra bu gündən etibarən, suyun səviyyəsi bir daha qalxacaqdır.

Bir həftədən az bir zamanda ordunun baş komandanı ikinci dəfə seldən zərər çəkmiş Gülüstan vilayətinə gəldi. O, silahlı qüvvələrin suyun dənizə çıxarılması sahəsindəki fəaliyyətləri barədə belə dedi:

Qorqanrud çayının suyunun sürətini azaltmaq üçün Ağqala şəhrestanının yüksək hissəsindən vilayətin şimal hissəsinə tərəf də yayındırıcı kanal quraşdırıldı. Bu işi Sephah-ın Xatəmulənbiya qərargahı həyata keçirdi. Sepah indiyədək 1400 metlrik iş irəliləyişinə malik olubdur. Amma seldənzərəçəkən yerli əhaliyə yardımlar davam etməkdədir.

Teqlər

Şərhlər