Apr 15, 2019 19:14 Asia/Baku
  • İtaliya rəsmisi İranla əlaqələrin gücləndirilməsini vurğulayıb
    İtaliya rəsmisi İranla əlaqələrin gücləndirilməsini vurğulayıb

İtaliya senatının mühacirət və xarici siyasət komissiyasının sədri deyib: İran rəsmilərilə görüşlərdə mühüm və beynəlxalq məsələlər araşdırılaraq, iki ölkə əlaqələrinin genişləndirilməsi vurğulandı və İtaliya senatı da bu məsələyə təkid edir.

Vito Rosario Petrocelli bu gün İranın İsfahan valisi Əbbas Rezayi ilə görüşdə İrana səfərinin hədəflərindən birini, ikitərəfli müqavilələrin icrasının izlənilməsi adlandırıb.

Vito Rosario Petrocelli İranın İsfahan şəhəri ilə İtaliyanın Florensiya şəhərinin qardaşlaşması müqaviləsinə toxunaraq, deyib ki, bu müqavilənin maddələrinin icrası hər iki tərəfin xeyrinədir.

İsfahan valisi Əbbas Rezayi də bu görüşdə İsfahan və Roma, həmçinin Milan və İtaliyanın digər əyalətləri arasında otaqların təşkilini istəyib və belə əlavə edib: İran ilə İtaliya arasında incəsənət və memarlıq sahəsində bir çox mədəni oxşarlıq vardır ki, bu imkanlardan qarşılıqlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində istifadə etmək olar.

İranın İsfahan şəhəri ilə İtaliyanın Florensiya şəhərinin qardaşlaşması barədə müqavilə İtaliyanın ozamankı xarici işlər naziri Lamberto Dininin 1998-ci ilin sentyabrında Tehrana olan səfərində iki tərəf vasitəsilə imzalandı.

Teqlər

Şərhlər