Apr 22, 2019 12:34 Asia/Baku
  • İran prezidenti Pakistanın baş nazirini rəsmən qəbul edib
    İran prezidenti Pakistanın baş nazirini rəsmən qəbul edib

İran İslam Respublikasının prezidenti bu gün Tehranın Səədabad tarixi-mədəni kompleksində Pakistanın baş nazirini rəsmən qəbul edib.

Bu mərasimdə iki ölkənin dövlət himnləri çalındıqdan sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Pakistanın baş naziri İmran xan fəxri qarovul dəstəsinin önündən keçib, sonra isə yüksək vəzifəli heyətləri bir-birilərinə təqdim ediblər.

İran İslam Respublikasının prezidenti və Pakistanın baş naziri rəsmi qarşılama mərasimindən sonra ikitərəfli müzakirələrə başlayıblar.

Siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli həmkarlıqlar səviyyəsinin artırılması Ruhani-İmran xan müzakirələrinin mehvərlərindən elan edilibdir.

Pakistanın baş naziri Tehrana səfərdən öncə müqəddəs Məşhəd şəhərində qısa müddət dayanıb və dünya şiələrinin səkkinci imamı- Əli ibn Musa əl-Rza(ə)-ın ziyarətgahını ziyarət edibdir.

Teqlər

Şərhlər