May 25, 2019 09:57 Asia/Baku
  • Təxtrəvançi: ABŞ-ın nüvə anlaşmasından çıxması beynəlxalq qanunların aşkar formada pozulmasıdır
    Təxtrəvançi: ABŞ-ın nüvə anlaşmasından çıxması beynəlxalq qanunların aşkar formada pozulmasıdır

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi dedi: ABŞ-ın nüvə anlaşmasından çıxması beynəlxalq qanunlrın və BMT TŞ-nin 2231 sayklı qətnaməsinin aşkar formada pozulmasıdır.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxtrəvançi Vaşinqton Post qəzetində dərc olunan məqaləsində yazıb: İranın nüvə anlaşmasında qalmaq qərarı, Avropa ölkələrinin istəyi əsasında oldu və onlara ABŞ-ın nüvə anlaşmasından birtərəfli formada çıxması nəticəsində İrana dəyən zərər və ziyanları kompensasiya edə bilmələri və öz öhdəliklərinə əməl etmələri üçün bir fürsət idir. 

Təxtrəvançi ABŞ-ın nüvə analmasından çıxmasından sonra bir  il nüvə anlaşması qarşısındakı öhdəliklərini səbrlə yerinə yetirdiyinə işarə edərək, dedi: Nüvə anlaşmasında qalan ölkələr xüsusilə də Avropa nüvə anlaşması əsasında üzərinə düşən öhdəliklərə tam formada əməl etməli və İrana dəyən zərərləri kompensasiya etməli idilər. Amma, indiyə kimi onlar tərəfindən hansısa hiss olunan addım atılmayıb . Elə buna görə də İran nüvə anlaşması qarşısında bəzi öhdəliklərinin icrasını durdurmaqdan başqa seçiməmalik deyil. 

İranın BMT-dəki nümayəndəsi ABŞ-ın İranla bağlı rəftarlarının məntiqə əsaslanmadığını söyləyərək, dedi: Bəzi ABŞ rəsmiləri və regiondakı bəzi ölkələrin başçılarının ABŞ prezidentinə İrana qarşı kəskin mövqe sərgiləməsi üçün təzyiq göstərdikləri heç kimə gizliy deyil. 

Bu iranlı diplomat ABŞ-ın hərbi gəmisinin Fars Körfəzinə göndərilməsini də bəzi ABŞ rəsmiləri və regiondakı bəzi ölkələrin başçılarının yalan informasiyalarının nəticəsi adlandırdı və dedi: Hətta, ABŞ Konqresinin üzvləri və ABŞ-ın müttəfiqləri də bu saxta hesabatları himayə edirlər. 

Teqlər

Şərhlər