İnqilab Rəhbəri:
Namaz pak həyatın təməli və şeytanlara qarşı mübarizənin möhkəm dayağıdır
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Namaz Konfransına ünvanladığı müraciətdə namazın bərqərar edilməsini salehlərin hakimiyyətinin ilk bəhrəsi və əsas nişanəsi kimi səciyyələndirib və vurğulayıb: Namaz Uca Allahın ən böyük nemətlərindən biri, dinin sütunu və hər birimizə sonsuz və əbədi İlahi Mənbə ilə birbaşa əlaqə yaratmağa imkan verən bir bağdır.
İslam İnqilabının Ali Rəhbəri namazı qurtuluş və nicat iksiri, pak həyatın təməli, insanın nəfs şeytanı və dünyadakı şeytanlara qarşı mübarizəsində möhkəm və sarsılmaz bir dayaq, həmçinin sevgi, ümid, mərhəmət və rahatlığın coşğun çeşməsidir. İlahi bərəkətlərin nazil olması və ruzinin bolluğu namazın qılınması vasitəsilə gerçəkləşir və artır.
İslam İnqilabının Ali Rəhbəri namazın təkcə fərdi bir vəzifə olmadığını vurğulayaraq, Quranın təlimlərinə əsasən, namazın bərqərar edilməsini salehlərin hökumətinin ilk bəhrəsi və nişanəsi hesab edib və buyurub: “Mübarək Həcc surəsində Allahın dostlarına İlahi yardım vəd edən və onların mübarizəsindən bəhs edən ayədən dərhal sonra "O kəslər ki, əgər Biz onlara yer üzündə hakimiyyət versək, namazı bərqərar edərlər" ayəsinin gəlməsi onu göstərir ki, namazın bərqərar edilməsi, Allahı yad etməyin, Ona ümid və etimad bağlamağın möhkəm təməli kimi, cihad və mübarizə meydanlarında, xüsusilə də İran xalqının hazırda üzləşdiyi mübarizə meydanında fəth və qələbəyə nail olmaqda xüsusi rola malikdir”.
O Həzrət bu gün, İran xalqının qüdrəti və imkanları baxımından şəraitin hər zamankından daha əlverişli olduğu qeyd edərək, namaz qılmağa dair ilahi əmrin bütün xalq üçün olduğunu bəyan edib və bildiriblər: “Ailələr, müəllimlər və universitet professorları, elitalar və tanınmış şəxsiyyətlər və mədəniyyət formalaşdıran qurumlar, xüsusilə də yeniyetmə və gənclərlə təmasda olanlar namazın bərqərar edilməsində ikiqat məsuliyyət daşıyırlar”.Həzrət Ayətullah Süyid Müctəba Hüseyni Xamenei özünü xalis Məhəmmədi İslamın bayrağını uca tutan və İslamın hakimiyyəti ilə fəxr edən bir ölkə və cəmiyyətdə namazın qılınmasını ən həyati vəzifələrdən biri kimi səciyyələndirib və vurğulayıb:
“Namazın cəmiyyətdə kök salması və ümumiləşməsi İslam hərəkatı və İslam inqilabı mərhələsindən İslam cəmiyyəti mərhələsinə, daha sonra isə İslam sivilizasiyasına keçid üçün zəmin yaradır”.“Bundan əlavə, məscidlərin abadlaşdırılması, həmçinin camaat və cümə namazlarının həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması kimi tədbirlər bu məqsədə çatmaq üçün zəruri müqəddimələrdir və bütün bu məsələlərdə camaat və cümə namazı imamlarının rolu olduqca mühümdür; onlar xalqın pənah yeri, insanların sözünü eşidən və dərdlərini dinləyən şəxslər olmalıdırlar”, - deyə İslam İnqilabının Ali Rəhbəri qeyd edib.O Həzrət sonda ümidvarlıq edib ki, ilahi lütflər və Həzrət Vəliyyi-Əsrın (ə.c) diqqəti və duaları sayəsində İran xalqı və ölkəsi namazın bərqərar edilməsi və onun feyz və bərəkətlərindən bəhrələnməkdə uğurlu və müvəffəq olsunlar.