Təxminən 3 milyon amerikalının məlumatları sızdırılıb
https://azeri.sahartv.ir/news/dünya-i423328-təxminən_3_milyon_amerikalının_məlumatları_sızdırılıb
Pentaqona qarşı həyata keçirilən irimiqyaslı kiberhücum nəticəsində təxminən 3 milyon amerikalıya məxsus şəxsi məlumatlar sızdırılıb.
(last modified 2026-09-29T14:51:00+00:00 )
Sen 29, 2026 18:16 Asia/Baku
  • Təxminən 3 milyon amerikalının məlumatları sızdırılıb

Pentaqona qarşı həyata keçirilən irimiqyaslı kiberhücum nəticəsində təxminən 3 milyon amerikalıya məxsus şəxsi məlumatlar sızdırılıb.

ABŞ-nin "ABC " telekanalı bir rəsmi şəxsdən əldə edilən məlumata istinadən xəbər verib ki, ABŞ Müharibə Nazirliyinin (Pentaqon) məlumat bazalarına genişmiqyaslı kiber müdaxilə baş verib.Bildirilib ki, bu genişmiqyaslı kiber hücum nəticəsində Pentaqonun hazırkı 2,76 milyon əməkdaşının şəxsi məlumatları və şəxsiyyət göstəriciləri risk altına düşüb. ABŞ rəsmiləri hücumun mümkün icraçıları və ya oğurlanmış məlumatların dəqiq həcmi barədə hələlik əlavə təfərrüatlar açıqlamayıblar.