Jun 25, 2019 21:29 Asia/Baku
  • İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının ikinci addımı 7 iyulda atılacaq
    İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının ikinci addımı 7 iyulda atılacaq

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, iyulun yeddisi və İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının ikinci addımı yaxınlaşdıqca, avropalıların bu anlaşmada qəbul edilmiş öhdəliklərin icrasını davam etdirməsi üzrə Tehrana qarşı təzyiqləri artıbdır.

Admiral Əli Şəmxani bir qeyddə "siyasi həyasızlığ"ın nümunəsi olan üç Avropa ölkəsi- Almaniya, Fransa və İngiltərənin xarici işlər nazirlərinin son bəyanatına işarə edərək, əlavə edib: Amerika prezidenti Donald Trampın sanksiya oyunu bir sikkənin iki üzüdür ki, onun naxışları Avropa ilə bir il nəticəsiz danışıqlardan sonra daha çox özünü göstərməkdədir.

Şəmxani bu qeyddə bildirib: İran Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, iyulun yeddisindən etibarən, nüvə anlaşmasının 26 və 36-cı maddələrinə əsasən, İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasınİın ikinci addımı başlanacaqdır ki, İran İslam Respublikasının "səbri"ndən yanlış qənaətə gələn ölkələr başa düşsünlər ki, İranın cavabı amerikan pilotsuzun İranın hava sərhədlərinə təcavüzünə reaksiya kimidir və onunla heç bir fərqi yoxdur.

Teqlər

Şərhlər