Jul 11, 2019 15:44 Asia/Baku
  • Müqəddəs Müdafiənin 44 şəhidinin pak cənazəsi İrana daxil olub

Müqəddəs Müdafiə dövrünün 44 şəhidinin pak cənazəsi İranın cənub-qərbindəki Şələmçə sərhədindən islami vətənə daxil olub.

Müqəddəs Müdafiə dövrünün 44 şəhidinin pak cənazəsinin qarşılanması mərasimi bu gün Xürrəmşəhr və Abadan şəhərləri əhalisinin, həmçinin yerli və vilayət rəsmilərinin iştirakı ilə keçirilib.

Bu şəhidlərin pak cənazələri son iki ayda Şələmçə, Kətiban, Dəclənin şərqi və Zobeydat əməliyyat məntəqələrində aşkar edilibdir.

Bəzi Qərb və ərəb ölkələrinin himayələri və İslam İnqilabını məğlub etmək məqsədi ilə törədilmiş İraqın bəəs rejiminin İrana qarşı səkkizillik icbari müharibəsində 230 mindən çox insan şəhid oldu, bu miqdardan çox insan yaralandı və minlərlə nəfər də itkin düşdü.

İyunun 29-da da Müqəddəs Müdafiə dövrünün 150 şəhidinin pak cənazəsi İslami İranın on altı şəhərində müşayiət olundu.

Şərhlər