İyul 14, 2019 18:07 Asia/Baku
  • İranın cənub-şərqində 3 tondan çox narkomaddə aşkar edilib
    İranın cənub-şərqində 3 tondan çox narkomaddə aşkar edilib

İran İslam Respublikasının təhlükəsizlik nazirliyi ölkənin cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr şəhrestanında narkomaddələr qaçaqmalçılığı üzrə iki böyük dəstənin aşkar edilməsindən və onlara zərbə vurulmasından xəbər verib.

İranın təhlükəsizlik nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzi bu gün bildirib ki, bu əməliyyatda qaçaqmalçılardan bir neçəsi həbs olunub. Bu zaman 3 tondan çox narkomaddə aşkar və müsadirə edilibdir.

İran İslam Respublikası dünyada narkotik maddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda 3800-dən çox şəhid və ondan yuxarı yaralı təqdim edibdir.

BMT İranı narkotik maddələrlə mübarizənin bayraqdarı adlandırıbdır.

Teqlər

Şərhlər