Jul 15, 2019 20:30 Asia/Baku
  • Musəvi: İranın nüvə anlaşmasının avropalı şəriklərindən gözləntisi, real addımların atılmasıdır
    Musəvi: İranın nüvə anlaşmasının avropalı şəriklərindən gözləntisi, real addımların atılmasıdır

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Fransa, Almaniya və İngiltərə başçılarının nüvə anlaşması barədəki bəyanatlarına reaksiyada deyib: İranın nüvə anlaşmasının avropalı şəriklərindən gözləntisi, onun icra edilməsi prosesində real, təsirli və məsuliyyətli qərarların çıxarılması və addımların atılmasıdır.

Fransa, Almaniya və İngiltərənin hökumət başçıları dünən bir bəyanatda yalnıız sözdə nüvə anlaşmasına dəstək verərək, belə iddia ediblər: Nüvə anlaşmasının davam etməsi İranın bu anlaşmaya tam riayət etməsindən asılıdır və biz İrandan istəyirik ki, bu sahədəki son qərarlarından geri dönsün.

Seyyed Əbbas Musəvi bu gün bildirib ki, İran nüvə anlaşmasının avropalı tərəflərinin bəyanatları və mövqelərini diqqətlə araşdırır. O, əlavə edib: İrandan 2019-cu il mayın 8-dən öncəki şəraitə qayıtması ilə bağlı hər cür gözlənti avropalı tərəflərin real bacarıqları və siyasi iradələri sübut edilmədən və İranın sanksiyaların nüvə anlaşmasında nəzərdə tutulan tərzdə ləğvinin əsərlərindən real surətdə qurtarması olmadan, qeyri-real bir gözlənti olaraq, nüvə anlaşmasının məzmunu, məntiqi və hədəfləri ilə təzaddadır.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra belə qeyd edib: Nüvə anlaşmasının avropalı tərəflərinin öz öhdəliklərinə sadiq qalacaqları zamanadək İran da elə həmin miqdarda öz öhdəliklərinə sadiq qalacaqdır.

Şərhlər