Jul 20, 2019 20:06 Asia/Baku
  • Hant və Zərif gəmilərin müsadirəsilə bağlı son olayları araşdırıblar
    Hant və Zərif gəmilərin müsadirəsilə bağlı son olayları araşdırıblar

İranın xarici işlər naziri və İngiltərənin xarici işlər naziri gəmilərin müsadirəsilə bağlı son olaylar barədə danışıblar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İngiltərənin xarici işlər naziri Ceremi Hant ilə telefon söhbətində qeyd edib ki, İngiltərənin İran neftini daşıyan tankeri müsadirə etmək üzrə qanunsuz hərəkətinin əksinə olaraq, Tehranın addımı İranın Limanlar və Dənizçilik Təşkilatının xahişi ilə və ingilis gəminin qaydaları pozmasına görə atılıbdır. O, deyib ki, bu məsələ hüquqi və qanuni kanallarla izlənilməlidir.

İran və İngiltərənin xarici işlər nazirləri bu telefon danışığında qanuni həll yollarının tapılmasına və gərginliyin artmasından çəkinməyə təkid ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri dünən Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsinin xahişi ilə "Stena İmpero" adlı bir İngiltərə tankerini müsadirə ediblər. Məsələyə səbəb, bu tankerin hadisə törətməsi, GPS sistemini söndürməsi və neft tullantılarını sulara buraxması olubdur.

Bu addım elə bir halda atılır ki, İngiltərənin dəniz qüvvələri iyulun 4-də Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarına riayət etməməsi bəhanəsi ilə İran neftini daşıyan tankeri Cəbəlüttariq boğazında müsadirə etdi və dünən bu müsadirəni uzatdı.

Teqlər

Şərhlər