Aug 08, 2019 17:45 Asia/Baku
  • İran su sərhədlərinin qorunmasında öz gücünü göstərdi
    İran su sərhədlərinin qorunmasında öz gücünü göstərdi

İranın birinci vitse-prezidenti deyib: İran İslam Respublikası su sərhədlərinin qorunmasında öz gücü və qətiyyətliliyni göstəribdir.

Eshaq Cəhangiri Xorasane Rəzəvi vilayətində bir neçə quruculuq layihəsinin istifadəyə verilməsi mərasimində İran İslam Respublikasının qırmızı xəttini sərhədlərin qorunması adlandırıb.

O, əlavə edib: Heç bir ölkənin İran sərhədlərinə təcavüz haqqı yoxdur və İran İslam Respublikası bu sahədə öz cavabvermə qüdrəti və qətiyyətliliyini göstəribdir.

İranın birinci vitse-prezidenti söyləyib: İran İslam Respublikası öz su sərhədlərinin qorunmasında göstərdi ki, hətta əgər Amerika kimi bir qüdrət səhvən İran sərhədlərinə daxil olarsa belə, qətiyyətli cavab alacaqdır və hamı bu məsələni bilməlidir.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın hava-kosmos qüvvələrinin "3 xordad" tipli yerli hava hücumundan müdafiə sistemi iyunun 20-də İran İslam Respublikasının ölkə ərazisinə daxil olmuş "RQ-4" tipli bir amerikan pilotsuzu hədəfə alaraq, məhv etdi.

Teqlər

Şərhlər