Aug 13, 2019 19:53 Asia/Baku
  • Tehran-Bakı münasibətləri genişlənməkdədir
    Tehran-Bakı münasibətləri genişlənməkdədir

İran İslam Respublikası prezidenti Tehran-Bakı münasibətlərini dostcasına, qardaşcasına və genişlənməkdə olan münasibətlər adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefon əlaqəsində qarşılıqlı olaraq, səadətli Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının hökuməti və xalqını təbrik edərək, ümidvarlıq edibdir ki, iki ölkə rəsmilərinin daha çox səyi və ciddi-cəhdi ilə İran ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq və razılaşmalar nəticə verəcəkdir.

Ruhani Azərbaycan Respublikasını İrana dost və qardaş ölkə adlandırıb. Əmin olduğunu bildirib ki, bu dostluq və qardaşlıq iki ölkə xalqları arasında daha da genişlənəcəkdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu telefon söhbətində səadətli Qurban bayramı münasibətilə İranın hökuməti və xalqını təbrik edərək, deyib: İran və Azərbaycan Respublikasının əlaqə və həmkarlıqları genişlənməkdədir və bu, iki ölkə rəsmilərinin səmimi və ardıcıl əlaqələri, ciddi-cəhdləri və səylərinin səmərəsidir.

Azərbaycan Respublikası prezidenti yaxın gələcəkdə İran prezidenti ilə görüşəcəyinə ümid etdiyini bildirib. O, vurğulayıb: Şübhə yoxdur ki, iki ölkə və iki xalqın münasibətləri keçmişdəkindən daha yaxşı olaraq, genişlənəcəkdir.

Teqlər

Şərhlər