Aug 17, 2019 14:17 Asia/Baku
  • General-mayor Baqeri: İran sanksiyanı qüdrətə doğru hərəkət üçün bir fürsətə çevirdi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, düşmənlərin İslam Respublikasına qarşı zaımcasına sanksiyalarına toxunub. Vurğulayıb ki, İran sanksiyanı qüdrətə doğru irəliləyiş üçün bir fürsətə çevirdi.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor pasdar Mohəmməd Baqeri bu gün Tehranda müdafiə nazirliyinin aviasiya sənayesi təşkilatında olaraq, iranlı mütəxəssislərin müdafiə sənayesini inkişaf etdirmək üzrə cihadi hərəkətlərini "Biz edə bilərik" şüarının reallaşmasının bariz nümunəsi adlandırıb və belə əlavə edib: Bu başıucalıq gətirən yol bir neçə sadə detalın düzəldilməsindən başlandı və bu gün dünyanın modern vertolyotlar və təyyarə mühərriklərinin düzəldilməsinə daxil olmaqdadır.

General-mayor Baqeri söyləyib: İranı sanksiya ilə üzləşdirən bir dünyada önləyiciliyin və müdafiə qüdrətinin yaradılması, yerli araşdırma və gənc alimlərə söykənməkdən, həmçinin təchizatların ölkə daxilində tam şəkildə istehsalından başqa yolla mümkün olmayacaqdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin təcavüzkar amerikan modern pilotsuz təyyarəsinin 60 futluq bir hündürlükdə İran sistemi ilə vurulub salınmasını olduqca mənalı və böyük bir addım adlandırıb və belə deyib: Bu dəyərli addım dünya xalqlarının, hətta hava hücumundan müdafiə sahəsində öncül olan ölkələrin heyrəti və təəccübünə səbəb olubdur.

ABŞ-ın "Global Hawk" casus pilotsuz təyyarəsi iyunun 20-də İran İslam Respublikasının ölkə ərazisinə təcavüz etdikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələri tərəfindən məhv edildi.

 

 

 

 

 

 

Şərhlər