Aug 19, 2019 19:01 Asia/Baku
  • Zərif: İran heç bir müharibənin başlayıcısı olmayacaq
    Zərif: İran heç bir müharibənin başlayıcısı olmayacaq

İranın xarici işlər naziri deyib: İran İslam Respublikası bölgədə heç bir müharibənin başlayıcısı olmayacaqdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "NBC Nyus" telekanalı ilə müsahibədə əlavə edib: İran heç vaxt hərbi hərəkətin başlayıcısı olmayıb və ötən 250 il ərzində belə bir iş görməyibdir.

Zərif belə bir halda vurğulayıb: İran daim özünü müdafiə edib və təcavüzkarlara yaxşı dərslər veribdir.

İranın xarici işlər naziri Amerikanın İrana qarşı maksimum təzyiqlərinin təsirli olmaması barədə isə belə deyib: Bu, Vaşinqtonun siyasi etiqadı olubdur ki, heç bir seçim masa üzərindən götürülməyibdir, amma bu proses açıq şəkildə gücdən istifadə ilə hədələməni qanunsuz hesab edən BMT nizamnaməsinin ziddinədir.

Teqlər

Şərhlər