Aug 20, 2019 14:21 Asia/Baku
  • Amerika və İngiltərənin Fars Körfəzində iştiraklarını qəbul etməyəcəyik

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qoşunlarının komandanı deyib: İran İslam Respublikası region və dünya ölkələrinə elan edir ki, Fars Körfəzi bölgəsinə savaş gətirmək istəyəcək Amerikanın, İngiltərənin və hər bir digər ölkənin yükünün altına girməyəcək.

Kontr-admiral pasdar Əlireza Təngsiri deyib: Hörmüz boğazından keçmək hamı üçün azaddır və İran onun təhlükəsizliyini bərqərar edir. O, əlavə edib: İran İslam Respublikası təhdid və əmin-amansızlıq yaratmaq niyyəti ilə Fars Körfəzinə daxil olan regionaşırı və əcnəbi ölkələrin qarşısında möhkəm dayanacaq və bölgədə təhlükəsizlik yaratmaq olan tapşırığını yerinə yetirəcəkdir.

Sepah-ın dəniz qoşunlarının komandanı deyib: Region ölkələri bilsinlər, İslam ölkələri və xalqlarına tərəf qardaşlıq və dostluq əlini uzadıb və koalisiya və gəmilərin müşayiət olunması Sepah-ın təhlükəsizliyin yaradılması üzrə tapşırığına xələl gətirə bilməz.

Kontr-admiral Təngsiri həmçinin bu gün Bəndər-Abbas şəhərində İran müdafiə nazirliyinin dəniz sənayesi ilə bağlı mərasimdə olaraq, İran İslam Respublikasının bölgədə və dünyada olan izzəti və qüdrətinə işarə edib və belə söyləyib: Bu gün İran İslam Respublikası tək deyil və dünyanın azadlıqsevər xalqları İslam İnqilabı diskursunda anlaşma ilə İranı himayə edirlər.

 

 

Teqlər

Şərhlər