Aug 23, 2019 17:19 Asia/Baku
  • Zərif Parisdə Makronla görüşüb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Parisdə Fransanın prezidenti Emmanuel Makron ilə görüşüb.

Makron-Zərif görüşü Fransada yeddilər qrupunun üçgünlük sammitinə bir gün qalmış keçirilir.

İranın xarici işlər naziri Nordik və ya Şimali Avropa hövzəsinin üç ölkəsinə səfərdən sonra Fransanın prezidenti və xarici işlər naziri ilə görüşmək məqsədilə dünən gecə Parisə yola düşdü.

Zərif cümə axşamı günü Fransanın prezidenti ilə görüşmək üçün Parisə səfər etməsinə işarə edərək, dedi ki, İran prezidenti Həsən Ruhaninin göstərişinə əsasən, həmçinin Makrounun təklifini araşdırmaq və ortaq zəminlərə çatmaq üçün Parisə gedir.

Fransa prezidenti çərşənbə günü dedi: Yeddilər qrupunun sammitindən öncə İran rəsmiləri ilə görüşdə Vaşinqton ilə Tehran arasında gərginliyin azaldılması üzrə təkliflər irəli sürəcəyik.

Şərhlər