Sep 08, 2019 15:19 Asia/Baku
  • Salehi: İran nüvə anlaşmasının birtərəfli yolunda münasib qərarlar çıxarır
    Salehi: İran nüvə anlaşmasının birtərəfli yolunda münasib qərarlar çıxarır

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İran nüvə anlaşmasının birtərəfli yolunda münasib zamanda layiqli qərarlar çıxarır. Üç addımda bu işi görən kimi.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Kornel Feruta ilə görüşdən sonra onunla birgə mətbuat konfransında bildirib ki, nüvə anlaşması ikitərəfli yol olmalı idi, halbuki bu yol birtərəfli olubdur. O, deyib: Avropa Birliyi Amerikanın nüvə anlaşmasındakı boş yerinin alternativi olmalı və o boşluğu doldurmalı idi.

Salehi əlavə edib: Hətta ondan daha pisi, Avropa Birliyinin sözçüsü deyibdir ki, bu birlik İranın sadiq qalacağı zamanadək nüvə anlaşmasına sadiq olacaq.

İranın Atom Enerjisi Təşkilatının sədri Tehranın nüvə anlaşması müzakirələrindəki xoşməramlılığına işarə edərək, söyləyib: Təəssüflər olsun ki, qarşı tərəf özünü öhdəliklərə borclu bilə bilmədi və anlaşmadan çıxdı.

Salehi Avropa Birliyinin nüvə anlaşmasındakı vədlərinə əməletmədəki acizliyindən təəssüf ifadə edərək, ümidvarlıq edibdir ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə həmkarlıqları davam edəcək.

Kornel Feruta da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranla əməkdaşlıqları davam etdirməyə böyük maraq göstərdiyini vurğulayaraq, bildirib ki, bu təşkilat peşəkar və tərəfsizcəsinə öz işini davam etdirməyə hazırdır.

 

Şərhlər