Sep 10, 2019 18:00 Asia/Baku
  • Kərbəlada üç milyon Hüseyn zəvvarı iştirak edib

Müqəddəs Kərbəlada İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü mərasimində üç milyondan çox Hüseyn zəvvarı iştirak edib.

İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günü mərasimində iştirak etmək üçün özünü Müqəddəs Kərbəlaya çatdırmış Hüseyn zəvvarları bu gün bu əzəmətli mərasimdə iştirak edərək, İmam Hüseyn(ə)-ın müqəddəs amallarına öz sədaqətlərini və islami birliyin qorunmasını vurğulayıblar.

Bu gün, 2019-cu il sentyabrın onu və 1441-ci hicri qəməri ili məhərrəm ayının onu, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür.

Hər il məhərrəm ayında İraqın daxili və xaricindən, o sıradan İrandan milyonlarla zəvvar Tasua və Aşura mərasimlərində iştirak üçün Müqəddəs Kərbəlaya yola düşür.

Teqlər

Şərhlər